XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB
Ekonomiks18:12 28.08.2026

Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB

Bakıda metro şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni layihələrin icrası davam etdirilir.

Paytaxtın artan nəqliyyat tələbatının qarşılanması və sərnişindaşımanın daha da yaxşılaşdırılması məqsədilə yeni metro stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.

Bu çərçivədə stansiyaların tikintisi və istismara verilməsi ilə bağlı planlar ictimaiyyətin də marağına səbəb olub. Bəs, bu il neçə metro stansiyanın istifadəyə verilməsi nəzərdə tutulub?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, 2026-cı ildə layihə adı B04 olan stansiya istismara veriləcək:

"Dövlət Proqramının icrası dövründə digər 9 stansiyanın istismara verilməsi planlaşdırılır".