Xəbər lenti

Bu il populyarlığı sürətlə artacaq Avropanın az tanınan 10 şəhəri
Dünya 20:50 19.01.2026

Bu il populyarlığı sürətlə artacaq Avropanın az tanınan 10 şəhəri

Barselona və ya Venesiya kimi ənənəvi turizm mərkəzlərindəki izdihamdan qaçmaq istəyən turistlər daha sakit tempdə, nisbətən ucuz qiymətlərlə dincələ biləcəkləri az tanınan istiqamətlər axtarırlar.

Qaynarinfo xəbər verir ki, "Omio” platformasının yeni hesabatına əsasən, ötən il bir çox Avropa paytaxtları turizm baxımından zirvə dövrünü yaşasa da, yaxın dövrdə bu tendensiyanın dəyişəcəyi gözlənilir.

Araşdırmanın müəllifləri bildirirlər ki, 2026-cı ildə səyahətçilərin 21 faizi az tanınan yerlərə getmək istəyir. Respondentlər bunun əsas səbəbləri kimi daha aşağı qiymətləri (51 faiz), turistlərin azlığını (44 faiz) və unikal görməli yerləri və ya mədəniyyəti (40 faiz) göstərirlər. "Omio”nun məlumatlarına görə, ikinci dərəcəli şəhərlərdə bronların sayı illik müqayisədə 34 faiz artıb.

Mərkəzi İspaniyada yerləşən, təxminən 55 min əhalisi olan Seqoviya hazırda turist marağında ən böyük artımı göstərir. Şəhərə maraq səviyyəsi 96 faiz yüksəlib.

Seqoviya Madriddən cəmi 90 kilometr məsafədə yerləşir və Müqəddəs Yakov zəvvar yolu bu şəhərdən keçir. Şəhər UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib və "şəhər-muzey” statusuna malikdir. Əsas görməli yerləri sırasında qotik Seqoviya kilsəsi və İspaniya krallarının sarayı olan Alkazar göstərilir.

Populyarlığı sürətlə artan Avropanın 10 az tanınan şəhəri:

1. Seqoviya, İspaniya (+96 faiz)
2. Mursiya, İspaniya (+86 faiz)
3. Bari, İtaliya (+85 faiz)
4. Antverpen, Belçika (+69 faiz)
5. Gent, Belçika (+66 faiz)
6. Malaqa, İspaniya (+63 faiz)
7. Faru, Portuqaliya (+51 faiz)
8. Krakov, Polşa (+51 faiz)
9. Brügge, Belçika (+49 faiz)
10. Rotterdam, Niderland (+49 faiz)

Aydın
--> -->