Xəbər lenti

Bu insan başları 50 min dollara satılır (FOTOLAR)
Dünya 12:05 10.08.2017

Bu insan başları 50 min dollara satılır (FOTOLAR)

Dünyanın demək olar ki, hər bir bölgəsinin özünəməxsus ənənələri var. Bu adət isə digərlərindən çox fərqlənir. Belə ki, bölgənin insanları kəllə ovu ilə məşğul olurlar.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu gün baş kəsmək mərasimini tez-tez eşidir, hətta izləyirik. İŞİD və bəzi başqa terror qruplaşmalarının həyata keçirdiyi edamlar bunun bariz nümunələridir. Lakin başı kəsdikdən sonra kiçiltmək ənənəsi isə sadəcə Amazon vadisinin şimal şərqində yerləşən bir bölgənin insanlarına aiddir.


Amazon çayının sahilində yerləşən Ekvador meşələrində düşmənlərinin başını ağlagəlməz şəkildə kiçildən vəhşi civarolar yaşayır.

İnsanın ruhunun başda olduğuna inanan civarolar döyüş bitdikdən sonra öldürülən düşmənlərinin ruhlarının geri qayıdıb, qisas almaması üçün başlarını qənimət olaraq özləri ilə götürürlər.

Əvvəlcə düşmənlərinin başını bədənindən ayıran civarolar, daha sonra başın dərisini soyurlar. Kəlləsinin üst hissəsi çıxarılan başın içinə daş və qum doldurduqdan sonra qaynadaraq baş kiçiltmə ayinini yerinə yetirirlər. Mərasimdən sonra başın yenidən insan başına bənzəməsi üçün düzəlişlər edirlər. Ən sonda qurbanın ruhunu zəiflətmək və qisas almasını əngəlləmək üçün ağız və gözlərini tikirlər. Qəbilə üzvləri arasında hörmət də kimin daha çox baş kiçiltməsindən asılı olaraq dəyişir. Belə ki, kəllə kolleksiyası daha "rəngarəng" olanın qəbilə arasında da hörməti böyük olur.


Bir zamanlar ritual olaraq həyata keçirilən bu ayin bu gün də yerinə yetirilir və sözügedən kəllələr turistlərə baha qiymətə satılır. Qiymətlər 30 - 50 min dollar arası dəyişir. Tsantsa adlı bu kəllələr cinayət qurbanları hesabına hazırlanır.

Çingiz Səfərli

Qaynarinfo.Az


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->