Bu istiqamətlər üzrə keçid balları qalxacaq

Bu istiqamətlər üzrə keçid balları qalxacaq

Ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyul-avqust aylarında aparılacaq.

Abituriyentləri ən çox narahat edən məsələlərdən biri bu il ixtisaslar üzrə formalaşacaq keçid balları ilə əlaqədardır.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi açıqlamasında bu il keçid ballarının qalxma ehtimalı olan istiqamətləri sadalayıb.

Qaynarinfo azedu.az-a istinadən həmin istiqamətlərin siyahısını təqdim edir:

"9 illik bazadan kolleclərə qəbul;

11 illik bazadan kolleclərə qəbul;

V ixtisas qrupunda yer alan ixtisaslara qəbul.

Bu istiqamətlərdə balların qalxma səbəbi sistemdə baş verən dəyişikliklərlə əlaqədar olacaq. Yəni, ötən il 9 illik bazadan kolleclərə qəbul zamanı maksimal bal 200  idisə, bu il 300 baldır. 100 ballıq fərq mövcuddur.

11 illik bazadan kolleclərə və V ixtisas qrupunun ixtisaslarına qəbul imtahanında maksimal bal 90 olub. Bu il isə 300 baldır. 210 ballıq fərq var. Məhz bu istiqamətlərdə ixtisas seçimləri edərkən abituriyentlər və onların valideynləri çox diqqətli olmalıdırlar.

24 iyuldan 6 avqustadək 9 illik bazadan kolleclərə, 24 iyuldan 7 avqustadək V ixtisas qrupunun ixtisaslarına,  15 avqustdan 20 avqustadək isə 11 illikdən kolleclərə ixtisas seçimi etmək mümkün olacaq".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR