Dünya 12:24 01.05.2013

Bu karikatura Ərdoğanı özündən çıxaracaq - FOTO

İdeya Almaniyanın "Titanic" jurnalına məxsusdur.

Almaniyada yayımlanan "Titanic" adlı karikatura dərgisi aktual nömrələrinin birində Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanı çəkmək qərarına gəlib. Anspress-in verdiyi məlumata görə, "Titanic" Ərdoğanı Almaniyanın nasist terror qruplaşmasının bir qolu olan NSU-nun həyatda olan yeganə üzvü Bit Zçöpe ilə ər-arvad şəkilində dərginin üz qabığına yerləşdirib. 

"Zçöpenin məcburi evliliyi" adlı karikaturada "prokurorluq ən ali cəzanı tələb edir" adlı altbaşlıq yazılıb. Hətta almaniyalı Bit Zçöpeyə baş örtüyü taxılıb, düşüncə dairəsində isə "ölüm bizi ayırana qədər" yazılıb.

Qaynar.info