Xəbər lenti

Bu ölkə pulla vətəndaşlıq satacaq
Dünya 13:26 16.08.2018

Bu ölkə pulla vətəndaşlıq satacaq

Misir prezidenti Əbdülfəttah Sisi pul qarşılığında vətəndaşlıq verilməsi haqda qanun layihəsini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Misirin yarı rəsmi "Əl-Əxbar" qəzeti məlumat verib. Sözügedən qanunun sərmayə qoyuluşunu dəstəkləmək məqsədilə qəbul edildiyi bildirilir.

Qanuna əsasən, ölkəyə səfər edən xarici vətəndaşlar hər hansı bir Misir bankında ən az 7 milyon Misir funtu (təxminən 393 min dollar) məbləğində hesab açarlarsa, onlara vətəndaşlıq verilə bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->