Dünya 13:10 27.01.2019

Bu ölkədə 101 nəfər prezident olmaq istəyir

Əlcəzairdə 101 nəfər prezident seçkilərində namizəd olmaq istəyir.

Qaynarinfo xəbər verir ki, apreldə keçiriləcək seçkidə iştirak etmək istəyən 101 nəfər namizədliklərinin qeydə alınması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Potensial namizədlərə imzaların toplanması üçün xüsusi formalar verilib. DİN qeyd edir ki, müraciət edənlərin 13-ü siyasi partiyaların liderləridir, digər 88 nəfər isə müstəqil namizədlərdir.