Dünya 10:31 30.07.2021

Bu ölkədə 3-cü doza vaksin vurulacaq

İsrailin Baş naziri Naftali Bennett ölkədə 60 yaşdan yuxarı insanlara ABŞ istehsalı olan "Pfizer” peyvəndinin 3-cü dozası vurulması ilə bağlı kampaniya başladığını elan edib.

Qaynarinfo-nun məlumatına görə, Bennett qeyd edib ki, artıq İsrail Səhiyyə Nazirliyinin ekspert heyəti 3-cü dozanın vurulması ilə bağlı proqramı rəsmən təsdiqləyib: "Üçüncü dozanın vurulması üçün milli  kampaniyaya başladıq. İlk olaraq prezident Yizhak Herzoq 3-cü dozanı qəbul edəcək".

Baş nazir üçüncü dozanın vurulması prosesinin, nəticələrinin mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılacağını da bildirib.