Qərbi Afrika ölkəsi olan Benində edam cəzası ləğv olunub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, prezident Patrik Talon bu barədə qərarnamə imzalayıb. Ədliyyə naziri Cozef Djogbenou açıqlama ilə çıxış edərək "Qərarla barəsində edam cəzası verilən 14 nəfərin hökmü ömürlük həbslə əvəzlənib. Ölkəmiz hər yerdə edamın ləğv edilməsinin tərəfdarıdır və bu, mədəni və siyasi haqqlar barədə beynəlxalq razılaşmanı qəbul etdiyimizi göstərir" deyə bildirib.
Ali Məhkəmə 4 avqust 2012-ci ildə edam cəzasının verilməməsi barədə qərar qəbul etmişdi.
Ötən həftə digər Afrika ölkəsi olan Qambiyada müstəqilliyin 50-ci ilində edamın ləğv olunduğu elan edilib.
Gülşən
Şərhlər