Video 14:28 07.01.2019

Qabonda qiyamçı hərbçilər həbs olundu (VİDEO/YENİLƏNİB)

Qabonda dövlət radiosunu ələ keçirərək dövlət çevrilişinə cəhd edən hərbçilər həbs olunublar.

Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü, kommunikasiya naziri Guy Bertran Maponqu bildirib.

Onun sözlərinə görə, yaxın iki-üç saat ərzində ölkədə vəziyyət sabitləşdiriləcək.

***12.10
 
Qabon ordusu idarəetməni nəzarətə aldığını bəyan edib.

Qaynarinfo xəbər verir ki, bu xəbər Qabon dövlət televiziyasında hərbçilər tərəfindən elan olunub.

Qeyd olunur ki, səhər saatlarında televiziya binasına daxil olan hərbçilər hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə "Milli bərpa şurası”nın yaradılacağını bəyan edib.

Xatırladaq ki, Qabon prezidenti Əli Bonqo Ondimba ötən ilin oktyabrında insult diaqnozu xəstəxanaya yerləşdirilmişdi. Həmin müddətdən onun səhhətində problemlərin davam etdiyi deyilirdi.

***11.45

Qərbi Afrika ölkəsi Qabonda hərbi çevrilişə cəhd edilir.

Qaynarinfo xəbər verir ki, milli radio və televiziyanı ələ keçirən bir qrup hərbçi xunta bildirişini yayımlayıb. Əsgərlər ölkə rəhbəri Əli Bonqonu hədəf alıb. Paytaxt Librevilledə silah səsləri eşidilir.

Qeyd edək ki, Bonqo ailəsi 50 ildir Qabonu idarə edir. Əli Bonqo ötən ilin oktyabr ayından bəri xəstədir.


Gülşən