Dünya 15:14 19.10.2018

Bu ölkədə ilin sonunadək 20 min uşaq öləcək

"Save the Children" (Uşaqları Xilas Edək) təşkilatı Cənubi Sudandakı vəziyyətlə bağlı müraciət ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, təşkilatın açıqlamasına görə, Cənubi Sudanda 1 milyonu uşaq olmaqla 6 milyondan çox insanın təcili qidaya ehtiyacı var. 270 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir, onlarında 20 mini bu ilin sonuna qədər öləcək. Problemin həlli üçün daha çox yardım edilməlidir.

Qeyd edək ki,  2011-ci ildə Sudandan müstəqilliyini elan edən Cənubi Sudanda 2013-cü ildən bəri vətəndaş müharibəsi davam edir. Tərəflər bu müddət ərzində dəfələrlə razılaşma əldə etsə, sülh sazişinə əməl edilməyib. Sonuncu sülh müqaviləsi bu ilin 12 sentyabrında bağlanıb. 

Vətəndaş müharibəsi çox sayda insanın ölümünə, evlərini tərk etməsinə, aclıq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olub. Müharibə ölkəyə edilən yardımların çatdırılmasında da ciddi problem yaradır.

Gülşən