Texnologiya 17:07 02.12.2021

Bu ölkədə insanlar bədənlərinə "çip" yerləşdirir

İsveçdə artıq 7 mindən çox insanın bədəninə xüsusi çip yerləşdirilib.

Qaynarinfo "New York Times” qəzetinə istinadən xəbər verir ki, əslində bu proses COVID-19 yayılmasından əvvəl başlayıb və vətəndaşlar könüllü olaraq əllərinə mikroçiplər yerləşdirib.

Bir düyü dənəsi böyüklüyündə mikroçipləri şpris vasitəsilə bədənə daxil etmək olur. Son illərdə İsveçdə minlərlə insan əllərinin dərisinin altına yerləşdirilən bu mikroçip texnologiyasından istifadə edir. Gündəlik həyatda bir çox sahədə istifadə olunan texnologiyadan smartfonlara girişdən tutmuş kilidli ev qapılarının açılmasına qədər faydalanan isveçrəlilər artıq mikroçip sayəsində COVID-19 peyvəndi məlumatlarına daxil ola bilirlər. 

İsveç Dövlət Dəmir Yolları Şirkəti (SJ) 2017-ci ildə əlinə mikroçip yerləşdirənlərin artması ilə biletləri mikroçiplə oxumağa başladıqlarını açıqlamışdı.

Mütəxəssislər həyatın müxtəlif sahələrində istifadə edilən mikroçip texnologiyasının tezliklə Avropada çox yayılacağını düşünür.

Kamran Xəlilov