Dünya 13:20 08.04.2020

Bu ölkədə koronavirusu qəsdən yayanlara ömürlük həbs cəzası veriləcək

Avstraliyada yeni tip koronavirus epidemiyasınının yayılmasının qarşısını almaq məqsədilə cəza tədbirləri daha da sərtləşdirilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Qreq Hant açıqlama verib. O, bildirib ki, virusu bilərəkdən yaymağa çalışanlar əgər bir səhiyyə işçisinin ölümünə səbəb olsalar, onlar ömürlük həbs cəzası ala bilərlər.

Hant son dövrlərdə ölkədə səhiyyə işçilərinə qarşı hücumların artdığına diqqət çəkib. Nanazirin sözlərinə görə, səhiyyə işçilərinin virusa yoluxmalarının qarşısını almaq məqsədilə 11 milyon maska paylanılacaq.

Qərbi Avstraliya ştatının baş naziri Mark Makqovan isə karantin qaydalarına riayət etməyənlərə taxmaq üçün 200 ədəd elektron qandal aldıqlarını açıqlayıb. O, cəmiyyəti qorumaq məqsədilə qandal taxılan şəxslərin GPS vasitəsilə izləniləcəyini deyib. Əlavə edib ki, ümid edirəm bu cihazlarını çoxunu istifadə etmək məcburiyyətində qalmayacağıq.
 
Camal