Ekonomiks 09:58 28.07.2019

Bu məhsullar üçün aksiz vergisi 80 dəfə azaldıldı

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Qüvvədə olan qərara əsasən, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra- avqustun 28-də qüvvəyə minəcək.