Bu ilin yanvar–iyul aylarında Azərbaycan xarici ölkələrdən 7 min 814.17 ton çay idxal edib.
Valyuta.az xəbər verir ki, bu həcmdə çayın alınmasına 47 milyon 587 min ABŞ dolları xərclənib.
Müqayisə üçün ötən ilin eyni dövründə ölkəyə 8 min 342.50 ton miqdarında, 42 milyon 973 min ABŞ dolları dəyərində çay idxal olunmuşdu.
Beləliklə, miqdar baxımından 528.33 ton və ya 6.33% azalma, dəyər ifadəsində isə 4 milyon 614 min ABŞ dolları və ya 10.73% artım qeydə alınıb.
Bundan əlavə, cari ilin yeddi ayı ərzində Azərbaycan xarici ölkələrə 430.80 ton çay ixrac edib. İxracın ümumi dəyəri 3 milyon 905 min ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 31.59 ton və ya 7.91%, dəyər ifadəsində isə 316.99 min ABŞ dolları və ya 8.83% artım deməkdir.
2024-cü ilin eyni dövründə isə ölkədən 399.21 ton, 3 milyon 588 min ABŞ dolları dəyərində çay ixrac olunmuşdu.
Şərhlər