Xəbər lenti

Bu metodla 1 aya istənilən sahəni öyrənə bilərsiniz
Dünya 12:37 21.05.2018

Bu metodla 1 aya istənilən sahəni öyrənə bilərsiniz

Bu gün nə öyrənmək istəyirsiz? Rus, Çin, ya Ərəb dilini? Və ya skripkada, qitarada ifa etməyi, yoxsa kvant fizikasını? Beynimiz hər şeyi çətin, amma tez bir şəkildə öyrənə bilmə xüsusiyyətinə malikdir. Ən azından ilkin mərhələdə...

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bəzi tədqiqatçıların fikrincə beynimiz öyrənəcəyimiz sahə ilə bağlı məlumatları ilk 20 saatda daha sürətli şəkildə qavrayır. Bu da beynin ilk 20 saat ərzində yeni məlumatlara güclü reaksiya verməsi və maraq dairəsi ilə əlaqələndirilir.

Məşhur alman filosofu və psixoloqu Herman Ebbinqhauz 19-cu əsrdə "öyrənmə əyrisi" adlı iki variantlı diaqram tərtib edib.

Bu sxemdəki üfüqi xətt öyrəniləcək mövzunu və ya alınacaq informasiyanı, şaquli xətt isə buna sərf edəcəyimiz zamanı göstərir. Bu sxemlə biz öyrəndiyimiz məlumata nə qədər vaxt sərf etdiyimizi bilmiş oluruq.

Şirkətlər də "Öyrənmə əyrisi"ndən öz performans və məhsuldarlıqlarını hesablamaq üçün istifadə edirlər.

Gündəlik həyatımızda gördüyümüz işin nə qədər çətin və ya asan olduğunu ona sərf etdiyimiz vaxta görə qiymətləndiririk.

Ebbinqhauz diaqramı göstərir ki, biz biliyimizin çox hissəsini öyrənmə prosesinin ilk mərhələsində əldə edirik. Vaxt keçdikcə bu proses yavaşlayır və hədəflərimiz üçün daha çox vaxt sərf etməli oluruq.

Davamlı eyni tip informasiya isə beynin iş gücünü zəiflədir.

Alim Coş Kofmanın fikrincə beyin öyrənmə prosesindəki ən pik səviyyəyə ilk 20 saatda çatır. O, bildirir ki, öyrənmək üçün ən gözəl yol ABŞ-ın qurucusu Benjamin Franklinin "part-time" metodudur. Franklin sadəcə 3 il məktəbdə oxumasına baxmayaraq, qarşısına məqsədlər qoyaraq özünü inkişaf etdirib. Onun "planlı öyrənmə" adlandırdığı metod, bu gün "Öyrənmənin 5 saat qaydası" adlanır.

Franklin bazar ertəsindən cümə gününə qədər sutkanın ən az 1 saatını yeni bir şey öyrənməyə sərf edirdi. Mövzu barədə kifayət qədər məlumat öyrəndiyini hiss etdikdən sonra başqa bir mövzuya keçirdi.

Kofmana görə Franklinin "Öyrənməyin 5 saat qaydası"na 1 ay əməl etsək, hər ay yeni bir sahəni lazımınca öyrənə bilərik.

Qeyd edək ki, dünyanın ən qabaqcıl şirkətlərinin yaradıcıları da bu qaydaya əməl edirlər. İlon Mask, Mark ZukerberqOpra Uinfri müvəffəqiyyətlərinin sirrini bu qaydaya borclu olduqlarını bildirirlər.

Qısaca desək, öyrənmək üçün 2 şey lazımdır: özümüz və "planlı öyrənmə" üçün güclü iradə.
 
Çingiz

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->