Xəbər lenti

Bu MKTB-lərin 16,1 milyon manat borcu var - Rəhbərlərinə
Ekonomiks 17:27 20.10.2025

Bu MKTB-lərin 16,1 milyon manat borcu var - Rəhbərlərinə "stop" qoyula bilər

İcra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrtüfatı Birliklərinin ümumilikdə 16 179 622,72 manat vergi borcu var. 

Qaynarinfo xəbər verir ki, ən çox vergi borcu olan MKTB-lər aşağıdakılardır:

1. Binəqədi rayon MKTB -  5 100 607,77 manat 
2. Suraxanı rayon MKTB - 2 708 054,94 manat 
3. Nərimanov rayon MKTB -  2 272 956,45 manat 
4 Nəsimi rayon MKTB - 2 105 740,21 manat 
5. Yasamal rayon MKTB - 1 947 967,74 manat 
6. Səbail rayon MKTB - 1 358 998,87 manat 
7. Sabunçu rayon MKTB - 539 428,51 manat 

Adıçəkilən MKTB-lərin vergi borcu aylardır ki, sabitdir. Yəni, nə artır, nə də azalır. Bu da borcların dövrü borc olmadığı qənaətini yaradır. 

Yaxın vaxtlarda bu MKTB-lər məhkəməyə verilə və onların rəislərinə "stop” qoyula bilər. 

Binəqədi rayon MKTB-nin rəisi Elmin Zamanov, Suraxanı rayon MKTB-nin rəisi Mais Məmmədov, Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov, Nəsimi rayon MKTB-nin rəisi Nizami Mayılov, Yasamal rayon MKTB-nin rəisi Vüsal Hüseynov, Səbail rayon MKTB-nin rəisi Elçin Həsənov, Sabunçu rayon MKTB-nin rəisi isə Rəcəb Məmmədovdur. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->