Səhiyyə naziri Teymur Musayevin müavinlərinin sayı dördə çatıb.
Hazırda bu postlarda İlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalov və Rüfət Hacıəlibəyov çalışır.
İlqar Qasımov 1965-ci il aprelin 12-də Bakı şəhərində anadan olub. 2022-ci il fevral ayının 3-də səhiyyə nazirinin müavini təyin olunub.
Rasim İsmayılov 1973-cü ildə Bakı şəhərində dünyaya gəlib. O da 2022-ci il fevral ayının 3-dən nazir müavini vəzifəsində işləyir.
T.Musayevin digər müavini Nadir Zeynalov isə 1976-cı il oktyabr ayının 24-də Bakı şəhərində ziyalı ailəsində doğulub. 2022-ci il fevra ayının 3-dən nazir müavinidir.
2026-cı il iyul ayının 7-də nazir müavini təyin olunan Rüfət Hacıəlibəyovun doğum tarixi açıqlanmasa da, onun 2022-ci ildən səhiyyə nazirinin müşaviri vəzifəsində çalışdığı məlumdur. //Ölkə.az
Şərhlər