Xəbər lenti

Bu nəqliyyat vasitələrinin satışı gömrük rüsumundan azad edildi
Ölkə19:50 24.12.2024

Bu nəqliyyat vasitələrinin satışı gömrük rüsumundan azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Gömrük tarifi haqqında" qanununda dəyişiklik edilməsi barədə imzaladığı qanunda deyilir.

Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad edilir.