Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında birinci oxunuşda olan qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu sənədlər işğaldan azad edilmiş ərazilərin minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi çərçivəsində istifadə olunan avadanlıqların idxalının 5 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.
Hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Şərhlər