Bu qızın 7 aylıq hamilə olmasına heç kim inanmır (FOTO/VİDEO)
Reanna Stepens adlı amerikalı qadın İngiltərədə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, buna səbəb isə 7 aylıq hamilə olmasına rəğmən qarınının bunu bildirməməsidir. Reanna doğulmamış uşağının olduqca sağlam olduğunu bildirir. Ətrafındakı insanlar isə onun həqiqətən hamilə olmasına inanmaq istəmir.
18 yaşlı Stepens "İnsanlar şərhləri ilə mənə təsir edir. Mən isə özümün və uşağımın sağlam olduğunu bildiyim üçün sakit olmağa çalışıram. Həqiqətən hamilə olub-olmadığımı, uşağın sağlamlığını tez-tez soruşurlar. Daha çox yeməli olduğumu və uşağımın aclıqdan öləcəyini deyənlər də var" deyib.
Reanna dieta saxlamaqla yanaşı, müxtəlif idman növləri ilə məşğul olur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər