Xaçmaz Rayon İcra Hakimiyyəti 2025-ci ildə Xaçmaz rayonunda görüləcək abadlıq işlərinə 1 506 272,7 manat xərcələyəcək.
Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı elan etdiyi tenderə artıq yekun vurub. Tenderin qalibi "M-House Construction” MMC seçilib.
Şirkət 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan "M-House Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
Açıq mənbələrdə nə "M-House Construction” MMC, nə də Əhliman Yunisov haqqında məlumat var. Şirkətin veb səhifəsinə və əlaqə nömrələrinə də rast gəlinmir.
"M-House Construction” MMC 2021-ci ildən fəaliyyət göstərsə də, dövlət satınalamları yolu ilə iri məbləğlərdə sifarişlər alıb. Şirkət 2024-2025-ci illərdə, yəni, 1 il ərzində 16 satınalma müsabiqəsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 6 805 913,96 manatdır.
Yeri gəlmişkən, Xaçmaz Rayon İcra Hakimiyyəti ötən il də abadlıq işləri ilə bağlı tender elan edib. Bu tenderin də qalibi "M-Hosue Constrcution” MMC seçilib. Satınalma müqaviləsini maliyyə dəyəri isə 1 427 546,28 manat olub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, bu vəzifəyə 2019-cu ildə təyinat alıb.
Seyid
Şərhlər