Dövlət qulluğunun xüsusi növündə - prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil ediləcək.
Qaynarinfo-nun məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdyi orqan (qurum) təsdiq edəcək.
Mövcud qanunda isə dövlət qulluğuna qəbul üçün dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslərin test imtahanında iştirak etmədən müsahibə yolu ilə dövlət qulluğuna qəbulu nəzərdə tutulub.
Təklif edilən dəyişikliyə əsasən, bu hüququn həmçinin, dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) keçən və xüsusi (hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il xidmət (qulluq) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslərə də şamil edilməsi nəzərdə tutulur.
Şərhlər