Xəbər lenti

Bu səfirin səlahiyyət müddəti başa çatdı
Siyasət 18:00 03.07.2013

Bu səfirin səlahiyyət müddəti başa çatdı

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov ölkələr arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu qeyd edərək ikitərəfli münasibətlərin genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, İ. Metaksasa gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Yunanıstan səfiri Azərbaycan-Yunanıstan münasibətlərinin inkişaf etdirilməsi üçün potensialın olduğunu söyləyib. O, xoş təəssüratla ayrıldığını qeyd edərək, 28 iyun tarixində TAP boru kəməri ilə bağlı verilən qərarın tarixi olduğunu vurğulayıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->