Maqazin 10:09 07.03.2015

“Bu şəhərdə” Elzanı belə yamsıladı - FOTOLAR

Heydər Əliyev Sarayında "Bu şəhərdə”nin ikinci konsert günü baş tutub.

Axşam.az-ın məlumatına görə, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov bu dəfə də tamaşaçıların qarşısına müxtəlif obrazlarda çıxıblar. Konsertin ilk səhnəciyində "Əhməd haradadır?" filminin sonlarındakı Şofer Əhmədlə Ceyran səhnəsi canlandırılıb.
 
Konsertdə xalq artisti Ağadadaş Ağayev, Elza Seyidcahan parodiya edilib.

Tamaşa zamanı R.İsgəndərlinin üzünün səpgili olması diqqətdən qaçmayıb. Aktyor bunun qrimdən sonra yarandığını açıqlayıb. Ssenarist Müşfiq Abbasov isə yarızarafatla “Biz də Elzanı məhkəməyə verəcəyik. Onunla bağlı səhnəyə görə qrim etmişdi, üzü səpdi” deyib.

Qeyd edək ki, E.Seyidcahan “Bu şəhərdə” kollektivini onu parodiya etdikləri üçün məhkəməyə verəcəyini və 100 min manat təzminat istəyəcəyini deyib.

Qaynar.info