Xəbər lenti

Bu şəxs son yüz ilin ən qatı cinayətkarı olaraq tarixə keçə bilər - Səbəb
Dünya 20:03 13.01.2018

Bu şəxs son yüz ilin ən qatı cinayətkarı olaraq tarixə keçə bilər - Səbəb

Rusiyanın Sibir bölgəsində yaşayan keçmiş polis əməkdaşının son bir əsrin ən dəhşətli seryalı qatili olduğu üzə çıxıb.

Qaynarinfo tendensiya.com-a istinadən xəbər verir ki, Sibirin Anqarsk şəhərində 2012-ci ildə saxlanılan Mixail Popkov 22 qadını öldürməkdə ittiham olunaraq ömürlük həbs cəzası alıb. O, məhkəmədə verdiyi ifadəsində daha 20 nəfəri öldürdüyünü etiraf edib.

Bununla bağlı aparılan istintaq tədbirləri nəticəsində Popkovun 1992-2010-cu illər arasında 59 nəfəri öldürdüyü sübut edilib.

Rusiya mətbuatının "Qurd adam”, "Anqarsk manyakı” adlandırdıqları keçmiş polis işçisi olan Mixail Popkovun 18 il ərzində təxminən 82 nəfəri öldürdüyü ehtimal edilir.

Ölkənin 4 bir tərəfində illər ərzində baş verən cinayətləri araşdıran müstəntiqlər 84 cinayətdə Popkovun izlərinə rast gəlindiyini bildiriblər. Əgər bu cinayətləri törədən şəxsin Popkov olduğu sübut edilərsə, o, son 100 ilin ən qatı cinayətkarı olaraq tarixə keçəcək.

Onun hədəf aldığı qadınların 17-38 yaş aralığında olduqları söylənilir.

Popkov polisə verdiyi ifadəsində bu sözləri işlədib: "Bir ailəm var - həyat yoldaşım və qızım. Məni yaxşı bir ər və yaxşı bir ata olaraq görürlər. Bir həyatımda adi bir insan, digərində isə hamıdan gizlətdiyim cani idim”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->