Yaşı 13-dən aşağı olan istifadəçilər "iPhone X" smartfonunun üztanıma sistemindən istifadə etməməlidir.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə modelin "Face ID" funksiyasının təhlükəsizlik kitabçasında qeyd olunub.
Məlumatda bildirilir ki, insanın üz görünüşü 13 yaşa qədər formalaşdığı üçün bir müddətdən sonra, üz cizgiləri tam formalaşdıqda smartfonun üztanıma vasitəsilə blokdan çıxarılmasında problem yaşana bilər.
Qeyd edək ki, "Apple" yeni modeli olan "iPhone X" smartfonunu sentyabrın 12-də təqdim edib. Sirkətin sözügedən modelində tətbiq etdiyi "Face ID" qaranlıqda belə işləmə imkanlarına malikdir.
Qaynarinfo.Az
Şərhlər