Texnologiya 18:28 02.12.2018

Bu şirkət 16,5 min avtomobili geri çağırdı

İsveçin avtomobil istehsalçısı "Volvo” Çin bazarında satdığı 16 min 582 avtomobili qoşulma modulunun proqram təminatındakı qüsurlara görə geri çağırır.

Qaynarinfo xəbər verir ki, geri çağırılan avtomobillər 2016-2018-ci illərdə idxal edilmiş və "Volvo”nun Çindəki zavodlarında yığılmış "XC90”, "S90”, "V90CC” və "XC40” modelindən olan nəqliyyat vasitələridir.

Bildirilir ki, "Volvo” qüsurlu avtomobillərin proqram təminatını öz hesabına yeniləyəcək.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!