Xəbər lenti

Bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq (VİDEO)
Video 23:27 24.07.2018

Bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq (VİDEO)

Yolların çəkilməsi üçün torpaqlar dövlət ehtiyacları üçün alınacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən "Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq. Yolun üzərində yerləşən torpaq sahələrinə nə qədər pul ödəniləcəyi də məlumdur.

Həmçinin Baki səhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə də layihə altına düşən torpaq sahələri alınacaq. Bu ərazidə isə həm evlər, həm də qeyri-tikinti obyektləri var. Bütün obyektlər üçün kompensasiya pulu onların təyinatına uyğun olaraq həyata keçiriləcək.

Maliyyə Nazirliyinə tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələsdirilməsini təmin etmək tapşırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->