Xəbər lenti

Bu universitetdə bəzi kafedra və fakültələr ləğv edildi
Ölkə 19:51 01.06.2020

Bu universitetdə bəzi kafedra və fakültələr ləğv edildi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişiklikləri olub.
 
Universitetdən Qaynarinfo-ya verilən məlumata görə, Elmi Şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib.

UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb
 
Şuranın qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.

Həmçinin "Rus dili” kafedrası ləğv edilərək, "Xarici dillər” kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, "Müəssisənin iqtisadiyyatı” kafedrası da ləğv edilib.

Şurada Texnologiya və Dizayn, eləcə də Ekspertiza və Standartlaşdırma fakültələrinin ləğv edilərək, Rəqəmsal İqtisadiyyat Fakültəsi və Mühəndislik Fakültəsinin yaradılması barədə qərar qəbul edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->