Dünya 16:57 05.06.2019

Bu virusdan 1346 nəfər ölüb

Konqo Demokratik Respublikasında ebola virusundan ölənlərin sayı 1346 nəfəri keçib


Qaynarinfo xarici mətbuata istinadla xəbər verir ki, Konqo Səhiyyə Nazirliyi 2 mindən çox insana peyvənd edildiyini və 1914 nəfərdə ebola virusunun aşkarlandığını bəyan edib.


Bu günə qədər Konqoda bu virusa yoluxanlardan 1346 nəfər ölüb, 539 nəfər isə sağalıb.


Ölkədə 2018-ci ilin avqustunda başlayan kampaniya çərçivəsində 125 minə yaxın insan peyvənd olunub.


Nigar