ABŞ-ın Xəzinə naziri Steven Mnuçin Prezident Donald
Trampın "Huawei”yə tətbiq etdiyi sanksiyaları yumşalda biləcəyini
deyib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki,
nazir Çinlə ticarət müzakirələrində irəlləyiş olsa, sanksiyalarda yumşalma ola
biləcəyini bildirib.
Steven Mnuçin ticarət razılaşması olmadığı təqdirdə
Vaşinqtonun büdcədəki kəsrləri azaltmaq üçün gömrük tarifkəri tətbiq edəcəyini
deyib:
"Donald Tramp ticarət barədə irəlləyiş olsa və müəyyən
təminatlar alarsa, "Huawei" haqqında müəyyən işlərin görülə biləcəyini deyir.
Çin razılıq yolunda irəliləmək istəsə, ortaya qoyduğumuz şərtlər çərçivəsində
hərkət etməyə hazırıq. Əks halda, Tramp tarifləri yenidən tətbiq edəcək”.
Nigar
Şərhlər