XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ Avropa Şurasının antikorrupsiya təşkilatından çıxdı
Dünya11:48 30.09.2026

ABŞ Avropa Şurasının antikorrupsiya təşkilatından çıxdı

ABŞ Korrupsiyaya qarşı Dövlətlər Qrupundan (GRECO) çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “ABC News” Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Avropa Şurasından bildirilib ki, GRECO korrupsiyanın qarşısının alınması üzrə birgə səylər çərçivəsində ABŞ-la əməkdaşlığın bərpa olunması üçün açıq olaraq qalır.

Qeyd olunur ki, GRECO Avropa Şurası tərəfindən 1999-cu ildə yaradılıb. Təşkilatın məqsədi 1999-cu ildə Strasburqda imzalanmış Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiyaya riayət olunmasına nəzarət etməkdir. Qrupun üzvləri həm Avropa İttifaqına daxil olan ölkələr, həm də ittifaqa üzv olmayan dövlətlər ola bilər.

Bundan əvvəl “Politico” ABŞ və Aİ arasındakı ittifaqın “ciddi zərər gördüyünü”, lakin hələ dağılmadığını yazmışdı. Bununla belə, avropalı məmurlardan biri Aİ-nin ABŞ-a etimadının “çox az qaldığını” vurğulamışdı.

Həmçinin “Public First” şirkətinin yaxın vaxtlarda keçirdiyi sorğu göstərmişdi ki, Kanada, Almaniya, Fransa və Böyük Britaniya sakinlərinin əhəmiyyətli hissəsi ABŞ-ı etibarlı müttəfiq hesab etmir.

Aydın