XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xalq artistinin səhhəti ilə bağlı xəbər var
Ölkə21:42 29.09.2026

Xalq artistinin səhhəti ilə bağlı xəbər var

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Qaynarinfo xəbər verir ki, müğənninin yaxınlarının “axşam.az”a verdiyi açıqlamasına görə, hazırda Z.Rzayev evə buraxılıb.

"Səhhəti bir az düzəlib. Evdə müalicəsi davam edir. Həkimlərin nəzarətindədir. Ümid edirik ki, yaxşı olacaq", - deyə müğənninin yaxınları əlavə edib.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.