XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Naftalanın yeni icra başçısı kollektivə təqdim olundu
Ölkə19:10 29.09.2026

Naftalanın yeni icra başçısı kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Məmmədiyə Məmmədov sentyabrın 29-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Qaynarinfo xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Məmmədiyə Məmmədov ona göstərilən etimada görə minnətdarlıq edib.