XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
Dünya19:44 29.09.2026

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər.

Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər.

“Independent” yazır ki, alimlər Afrika siçanlarının bir növü tərəfindən yayılan virus xəstəliyi olan Lassa qızdırmasını araşdırıblar. Xəstəlik xüsusilə Qərbi Afrikada geniş yayılıb. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, hər il təxminən 300 min insan yoluxur. Lakin kifayət qədər müşahidə aparılmadığı üçün real yoluxma sayı daha çox ola bilər.

Tədqiqatçılar 30 illik məlumatları təhlil edərək yağıntıların miqdarı ilə gəmiricilərin sayı arasında əlaqə müəyyənləşdiriblər. Daha rütubətli şərait qidanın əlçatanlığını artırır və heyvanların çoxalmasına şərait yaradır. Bu isə potensial olaraq virusun yayılması riskini yüksəldir.

Model Nigeriyada qeydə alınmış 6 mindən çox Lassa qızdırması hadisəsi əsasında yoxlanılıb. O, xəstəliyin mövsümi yayılmalarının vaxtını kifayət qədər dəqiq müəyyənləşdirib. Eyni zamanda, yoluxmuş cavan gəmiricilərin sayının artması adətən insanlar arasında xəstəlik hallarının çoxalmasından təxminən bir ay əvvəl baş verib.

Alimlər həmçinin müəyyən ediblər ki, virus gəmirici populyasiyasında qala bilir. Buna səbəb infeksiyanın yoluxmuş anadan balalarına ötürülə bilməsidir.

Bununla belə, model hələlik gələcək yayılmaların miqyasını dəqiq müəyyənləşdirməyə imkan vermir. Buna insanların davranışı, gəmiricilərlə təmas və xəstəliklərin aşkarlanmasının effektivliyi təsir göstərir.

Nepalda daşqın

Avqustun 26-da Nepal və Çin sərhədində baş verən dağıdıcı daşqın iqlim dəyişikliyinin gücləndirmiş ola biləcəyi bir sıra təbii proseslərin nəticəsi olub.

Lanqtanq-Lirunq dağından təxminən 600 metr hündürlükdəki süxur və buz qoparaq 2100 metr yüksəklikdən aşağı düşüb. Zərbə nəticəsində buz ərəyib və su, buz və dağıntılardan ibarət güclü axın yaranıb. Bu axın 30 kilometrdən çox məsafə qət edib.

Alimlər hesab edirlər ki, yamac 2015-ci il zəlzələsindən sonra zəifləyə bilərdi. Digər amillər arasında havanın isinməsi, daimi donuşluğun əriməsi, buzlağın kiçilməsi və qeyri-adi dərəcədə isti hava da göstərilir.

Son məlumatlara görə, təxminən 1400 nəfər həlak olub, minlərlə insan itkin düşmüş hesab edilir.

Aydın