XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Velosiped oğurlayan şəxs məhkəmə zalında həbs edildi
Ölkə16:42 29.09.2026

Velosiped oğurlayan şəxs məhkəmə zalında həbs edildi

Bakıda velosiped oğurlamaqda təqsirləndirilən D.E.-yə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1985-ci il təvəllüdlü D.E. Nəsimi rayonunda yaşayış binasının blokunda saxlanılan “Goose” markalı velosipedi oğurlayaraq 40 manata satıb.

Məhkəmədə təqsirini etiraf edən D.E. peşman olduğunu bildirib. Velosiped zərərçəkmişə qaytarılıb və tərəflər barışıblar.

Məhkəmə onun əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilməsini nəzərə alaraq xüsusilə təhlükəli residiv müəyyən edib.

D.E. 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Tutulduğu 1 gün cəza müddətindən çıxılıb və üzərində 2 il 2 ay 29 gün cəza saxlanılıb.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydın