XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gömrükdən 4 milyon manatlıq brilyant keçirmək istədi (FOTO)
Ölkə12:36 29.09.2026

Gömrükdən 4 milyon manatlıq brilyant keçirmək istədi (FOTO)

Gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.

Vətəndaşın davranışları şübhə doğurduğu üçün sərnişin gömrük əməkdaşları tərəfindən “Qırmızı Kanal”a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub. Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkarlanıb.

Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.