XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident: "U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır"
Siyasət12:29 29.09.2026

Prezident: "U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır"

Azərbaycanda U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır.

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edərkən deyib.

Dövlət başçısı gələn ay ölkədə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.

Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.