XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şahin Mustafayev Pezeşkianla görüşdü
Siyasət20:24 29.09.2026

Şahin Mustafayev Pezeşkianla görüşdü

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafı müzakirə olunub.

"Quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradır", - məlumatda bildirilib.

Nəqliyyat və dəhliz marşrutlarının gücləndirilməsini və mövcud imkanlardan istifadə edilməsini vurğulanıb.

Xatırladaq ki, dünən Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.