XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xuraman Şuşalı onu keşişə bənzədənlərə: "Onlara xəstə insan kimi baxıram"
Maqazin14:02 30.09.2026

Xuraman Şuşalı onu keşişə bənzədənlərə: "Onlara xəstə insan kimi baxıram"

Müğənni Xuraman Şuşalının geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçinin aparıcı Zümrüd Bədəlovanın ad günündə geyindiyi qara rəngli paltar sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Uzun müddətdir hicab taxan, səhnə və xına mərasimlərində fərqli, rəngarəng obrazlarla çıxış edən müğənnini bəzi izləyicilər geyiminə görə keşişə bənzədiblər.

Xuraman Şuşalı Qaynarinfo-ya açıqlamasında ona qarşı aqressiv fikirlər bildirənləri xəstə adlandırıb:

"Onlara xəstə insan kimi baxıram. İnsan gərək bekar olsun ki, kiməsə qarşı aqressiv fikirlər yazsın və ya kimisə təhqir etsin. Belələrinə normal insan kimi baxmıram. Bu baxımdan onların fikri mənim üçün önəmli deyil. Məni heç kim maraqlandırmır. Öz geyimim, öz üslubum var. Ağıllı-başlı insanam. Mən çox gözəl görünürdüm. Özüm də bunu bilirdim və hiss edirdim. Mənim geyimlərimə söz ola bilməz".

Xuraman Şuşalı sözügedən paltarın sərgi üçün hazırlandığını bildirib:

"Paltar moda dizaynerlərindən olan Yeganə xanımın möhtəşəm işidir. Yeganə xanım artıq geyimləri ilə dünyada tanınır. Azərbaycanlıdır, eyni zamanda Şuşalıdır. Paltar sərgi geyimidir. Mən son vaxtlar sərgi geyimlərinə üstünlük verirəm. Paltar çox bahalıdır".

Paltarın qiymətinin təxminən 3-5 min manat olub-olmadığı ilə bağlı suala Xuraman Şuşalı belə cavab verib: "Onu deyə bilmərəm".

Bahar Rüstəmli