XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər
Ekonomiks12:50 30.09.2026

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Azərbaycanda yüksəkixtisaslı miqrantlara 20 il müddətinə gəlir vergisi güzəşti tətbiq ediləcək.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklik layihəsi hazırlanıb.

Layihəyə əsasən, Miqrasiya Məcəlləsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantların Azərbaycan ərazisindən kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağladıqları əmək müqavilələri çərçivəsində xaricdən əldə etdikləri gəlirlər gəlir vergisindən azad ediləcək.

Güzəşt 2027-ci il yanvarın 1-dən etibarən tətbiq olunacaq və 20 il qüvvədə olacaq.

Məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.