
Rusiya prezidenti Vladimr Putinin köməkçisi Yuri Uşakov "Primakov Reading” forumuna qatılıb.
Qaynarinfo xarici mətbuata istinadla xəbər verir ki, Yuri Uşakov Donbas əhalisinin mühasirə vəziyyətində yaşadığını deyib:
"Ukraynanın cənub-şərqində hələ də sülh yoxdur. Donbas əhalisi mühasirədə yaşayır. Ukraynanın yeni hakimiyyəti Minsk razılaşmasının yerinə yetirilməsinə hazır olması barədə dəqiq siqnallar göndərməlidir, onların yerinə yetirilməsi üçün müvafiq addımlar atmalıdır”
Nigar