Xəbər lenti

Büdcə seçimi: Avropanın əsas avtomobil bestselleri açıqlandı (TOP-10)
Dünya 15:25 08.08.2026

Büdcə seçimi: Avropanın əsas avtomobil bestselleri açıqlandı (TOP-10)

İlin ilk yarısının nəticələrinə görə, şəhər avtomobili "Renault Clio" Avropanın yeni avtomobil bazarında birinci yeri tutub. Bu, modelin satışlarının illik müqayisədə 5,3 faiz azalmasına baxmayaraq baş verib. 

Qaynarinfo xəbər verir ki, "Focus2Move"un məlumatına görə, modelin bazar payı 1,8 faiz təşkil edib.

"Renault Clio" ənənəvi olaraq Avropalı alıcılar arasında böyük populyarlığa malikdir. Modelin əsas üstünlükləri münasib qiyməti, yüksək yanacaq qənaəti və əlverişli texniki xidmət xərcləridir.

İkinci yerdə daha bahalı "Volkswagen T-Roc" qərarlaşıb. Model reytinqdə bir pillə yüksələrək 1,5 faizlik bazar payı ilə ikinci olub. Üçüncü yeri isə bir pillə geriləyən "Dacia Sandero" tutub.

Lider modellərin demək olar ki, hamısında satışların azalması qeydə alınıb. Ən populyar 10 model arasında yalnız "Tesla Model Y" əhəmiyyətli artım göstərib – onun satışları 46,8 faiz yüksəlib. Digər modellərin hamısında satış həcmi azalıb.

Avropa bazarında ən populyar avtomobillərin ilk 10-luğu:

1. "Renault Clio" (-5,3%)
2. "Volkswagen T-Roc" (-2,2%)
3. "Dacia Sandero" (-15%)
4. "Tesla Model Y" (+46,8%)
5. "Volkswagen Golf" (-5,3%)
6. "Volkswagen Tiguan" (-3,8%)
7. "Opel Corsa" (-3,2%)
8. "Citroën C3" (-4,9%)
9. "Peugeot 2008" (-6,4%)
10. "Škoda Octavia" (-2,6%)

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->