İdman 17:50 29.11.2021

Bundesliqa klubunun yeni baş məşqçisi türk oldu

Türkiyə yığmasının sabiq məşqçisi Tayfun Korkutun yeni ünvanı müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis Almaniya klubu "Herta" ilə anlaşıb. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı məşqçi cari mövsümün sonuna kimi Berlin klubunu çalışdıracaq.

Korkut bu postda Pal Dardayı əvəzləyib. Təyinatından sonra sonra klubun rəsmi saytına açıqlama verən türkiyəli müəxəssis bunları söyləyib: "Bundesliqanı yaxından izləyirəm. Düşünürəm ki, "Herta" enişli-yoxuşlu bir mövsüm keçirdi. İşim və ideyalarımla komandanın müsbət istiqamətdə inkişafına kömək edəcəm. Mən enerji ilə doluyam və bu çağırışı səbirsizliklə gözləyirəm".

Bundesliqa 13-cü turdan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.

Səbuhi Həsənov