Almaniya Müdafiə Nazirliyinin Ukrayna məsələləri üzrə xüsusi qərargahının rəhbəri, general Kristian Froydinq bildirib ki, Almaniya Rusiya ordusunun 2029-cu ilə qədər NATO dövlətinə qarşı da daxil olmaqla, yeni təcavüz həyata keçirmək üçün hərbi gücünü artırmağa çalışdığını müşahidə edir.
Qaynarinfo istinalda xəbər verir ki, bu barədə Froydinq Kiyevdə jurnalistlərlə söhbətində verdiyi açıqlamalarda
bildirib.
"Biz çox yaxşı anlayırıq ki, Ukraynada baş verənlər Almaniyanın şərq qonşularının da başına gələ bilər", - o deyib.
General qeyd edib ki, Rusiya hazırda Qərbi Avropa və ümumilikdə Avropa üçün ən böyük təhlükədir və yaxın gələcəkdə də bu vəziyyət dəyişməyəcək.
Almaniyalı generalın sözlərinə görə, Rusiya öz hərbi gücünü və ordusunun sayını artırmaq üçün hazırlıqlar aparır.
"Biz zaman çərçivəsini dəqiq görürük və başa düşürük ki, 2029-cu ilə qədər, yəni 5 il ərzində Rusiya silahlı qüvvələri elə bir hərbi potensiala sahib olmağa çalışır ki, bu, onlara NATO dövlətinə qarşı yeni təcavüz həyata keçirməyə imkan versin. Biz bunu tam dərk edirik və bizim əhalimiz arasında da bu məsələyə qarşı anlayış artır", - general deyib.
Froydinq əlavə edib ki, dekabr ayında Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun əlavə bir görüşü keçirilə bilər. Bunun yüksək səviyyəli danışıqlar şəklində keçirilməsi də variantlardan biridir.
General həmçinin 2023-cü ilin sonunadək Ukraynaya daha iki IRIS-T hava hücumundan müdafiə sistemi təhvil veriləcəyini açıqlayıb.
Alpər
Şərhlər