Burak Özçivitin azərbaycanlı oxşarı efirdə hər kəsi təəccübləndirdi (FOTO/VİDEO)
"ARB TV”nin "Səhər-Səhər” verlişinə Burak Özçivitin azərbaycanlı oxşarı Bəkir Bəkirzadə qonaq olub.
Qaynarinfo xəbər verir ki, Azərbaycanda və Türkiyədə məşhur olan aktyor Burak Özçivitin azərbaycanlı oxşarı qızların əlindən şəhərdə rahat gəzə bilməməyindən danışıb:
"Bu oxşarlıq həyatımı yaxşıya doğru da dəyişdi, pisə doğru da. Harasa gedəndə insanların reaksiyası o qədər olur ki, hətta oturub çay belə içə bilmirəm”.
Heç bir sənətinin olmadığını deyən Bəkir peşəkar futbolçu olduğunu qeyd edib:
"25 yaşım var. 10 yaş kiçiyəm Burak Özçivitdən. Mən Burak Özçivit haqqında oxumuşam. O, öz oxşarını bəyənmir. Amma əslində bu yaxşı hal deyil. Məsələn, mən sevdiyim futbolçunun oxşarını görsəm, və yaxud da ki, Bəkir Bəkirzadə kimi tanınsaydım hansısa bir sənət üzərindən və öz oxşarımı görsəydim, bu məni sevindirərdi ki, kimsə özünü mənə oxşadır. Mən özüm o insanla şəkil çəkdirərdim ki, bu insan mənim oxşarımdır”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər