İdman 11:59 18.09.2021

"Bursaspor"un baş məşqçisi xüsusi görüşdə Namikə nə deyib?

"Bursaspor"un baş məşqçisi Fatih Tekke Namik Ələskərovla xüsusi görüş təşkil edib.

Qaynarinfo "Bursaspordabugün"ə istinadən xəbər verir ki, "Samsunspor"la oyunda meydana sonradan daxil olmasına baxmayaraq sərgilədiyi performansla diqqətləri üzərinə çəkən Namiklə görüşərək ona təşəkkürünü bildirib və növbəti matçda start "11-liy"i üçün hazırlaşmasını istəyib. 

"Bursaspor" TFF 1-ci Liqanın 6-cı turu çərçivəsində "Tuzlaspor"la qarşılaşacaq. Baş məşqçinin Namikə start heyətində güvənəcəyi gözlənilir. 

"Yaşıl-ağlar"ın "Samsunpor"la oyunda qırmızı vərəqə görən futbolçusu Emirhan Aydoğan növbəti turda meydana çıxmayacaq. Tekkenin "Samsunspor"la qarşılaşmadakı heyətdə çox dəyişiklik etmək istəmədiyi də bildirilir. 

Səbuhi Həsənov