Xəbər lenti

Dünya 19:19 08.10.2025

"Bütün dəmir yolunu məhv edə bilərlər": Ekspert rusların planlarından danışdı

Rusiya Ukrayna lokomotivlərinə daha tez-tez zərbələr endirməyə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə rabitə, radioelektron mübarizə və kəşfiyyat üzrə mütəxəssis Sergey "Fleş” Beskrestnov öz Telegram kanalında yazıb.

"Ümid edirəm ki, "Ukrzaliznıtsia”nın rəhbərliyi ilə görüşüm bu həftə baş tutacaq. Çünki heç bir tədbir görülməsə, onlar bütün dəmir yolumuzu məhv edəcəklər”, – o yazıb.

"Fleş” qeyd edib ki, rusların "Rubikon” adlı elitar bölməsi lokomotivləri izləyib daha sonra dayanma zamanı onlara zərbə endirdiklərini əks etdirən kadrlar dərc edir.

"Məsələn, bu lokomotiv zərbə gözləmək əvəzinə sığınacağa girməli idi. Əgər biz düşmənin yeni təhdidlərinə tez reaksiya verməsək, vəziyyət çox acınacaqlı olacaq”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, hazırda düşmən əsas diqqətini Ukrayna lokomotivlərinə yönəldib. Ekspert əlavə edib ki, lokomotivlər olmadan Ukraynanın dəmir yolu sistemi dayanacaq.

"Yük vaqonları əsas hədəf deyil, rels xətti isə tez təmir olunur”, – deyə o bildirib.

Xatırladaq ki, Ukraynanın bərpası üzrə vitse-premyer və icmaların və ərazilərin inkişafı naziri Oleksi Kuleba məlumat verib ki, oktyabrın 7-nə keçən gecə ruslar Poltava vilayətindəki dəmir yolu infrastrukturuna zərbə endiriblər.

Zərbə nəticəsində lokomotiv deposu, enerji təchizatı stansiyası və dartma yarımstansiyaları zədələnib.

Düşmən həmçinin inzibati və anbar binalarına, hərəkətli tərkibə zərər yetirib, nəticədə yanğınlar baş verib. Hücumdan sonra Xarkov–Lvov, Lvov–Xarkov və Kramatorsk–Lvov istiqamətlərində qatarların hərəkəti müvəqqəti dayanıb. Daha sonra qatarların hərəkəti bərpa edilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->