Dünya 09:34 21.06.2021

Bütün səslər sayıldı: Paşinyan qalib gəldi

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.

Qaynarinfo xəbər verir ki, MSK son yekun nəticələri elan edib. Bildirilib ki, 2008 seçki məntəqəsinin hamısından protokollar quruma daxil olub. 

Yekun nəticə belədir: 

Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası - 53,92% (687 251 seçici)

Robert Köçəryanın "Ermənistan” bloku 21,04% (268 165 seçici) 

"Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici)

"Çiçəklənən Ermənistan” partiyası 3,96% (50 416 seçici) 

"Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici)

Erməni Milli Konqresi – 1,54% (19 647 seçici).